Sizə rəqəmsal dünyada kömək etməyə hazırıq!

    Bu formu doldurun, biz sizə geri dönüş edəcəyik

    Brief yüklə

    testNiyə Baku Creative Projects?

    Şirkətiniz üçün sadə interfeyslər, texnoloji çevrilişlər və yüksək səviyyədə servislər. Biz sizə məhsulunuzun təqdimatında auditoriyanızın böyüməsində və şirkətinizin doğru hədəf kütləsinə çatmasında köməklik göstərəcəyik. Biz şirkətlər üçün veb-saytlar, mobil tətbiqlər,3D modellər, 2D və 3D animasiyalar, logolar, brendinqlər və reklam çarxları hazırlayırıq. Bununla yanaşı veb-saytlar üçün SEO xidmeti, texniki və UX/UI dəstəyi göstəririk. Düzgün strategiya quraraq işinizi daha da yüksək səviyyələrə qaldırırıq.

    decoration

      Bloqlarımız

      • CTA (Call To Action) nədir ?

        Call to Action nədir? Bəzən yolda olarkən “Buyurun, keçin, baxın”, "endirimli məhsulların sonu” və bu tip insanları cəlb edə biləcək hərəkətə çağırış cümlələrindən istifadə edirlər. Rəqəmsalda isə bu tip cümlələr özlərini CTA cümlələri ilə əvəz edir. Marketinq sahəsində CTA kimi də rastlaşdığımız terminlərdən biri olan Call-to-action özlüyündə birbaşa qarşı tərəfə təsir və manipulyasiya taktikalarını daşıyır. Azərbaycan dilindən tərcümədə isə “hərəkətə çağırış, fəaliyyətə çağırış” mənasını verir. Fəaliyyətə çağırış mətnləri rəqəmsal marketinqdə mühüm rol oynayır. Bununla belə, e-ticarətdə də fəaliyyətə çağırış mətnlərinə rast gəlinir. CTA sosial media reklamlarından SEO araşdırmalarına, e-ticarət saytının dizaynından bannerlərə qədər bir çox marketinq sahəsində istifadə olunur.

        CTA (Call To Action) nədir ?
      • SEO nədir ?

        Son zamanlar rəqəmsalda reklam qiymətlərinin yüksəlməsi ilə biznes sahibləri artıq asanlıqla öz hədəf auditoriyalarını müəyyənləşdirə və yeni kütləyə xitab edə bilmirlər. Bu zaman köməyə SEO xidməti yetişir. SEO şirkətlərin özlərini tanıtması və auditoriyaya çatmaq üçün həm sərfəli, həm də yetəri qədər effektiv vasitədir. Ən müsbət cəhəti isə orqanik trafik verə bilməsidir. Bəs nədir bu SEO? SEO(Search Engine Optimization) Sahib olduğunuz saytın axtarış motorlarında (Google, yandex və d.) ön sıralarda olması üçün edilən işlərin toplusudur. Belə ki, Google və digər axtarış sistemlərində ön sıralarda çıxmaq, real ziyarətçi sayını artıracaqdır. SEO edərkən nələrə diqqət etməliyik? SEO tədqiqatları, ümumiyyətlə, iki yerə bölünür: on-site SEO və off-site SEO. On-site SEO veb saytınızın dizaynı və proqram təminatı, eləcə də artıq mövcud olan məzmun üzərində geniş işi əhatə edir. Off-site SEO isə xarici keçidlər və vizual materiallar, sosial media, forumlar və bloqlar kimi müxtəlif mənbələr vasitəsilə sayta ziyarətçi axını təmin edərək saytınızın tanınmasını və keyfiyyətini artırmağa yönəlir. Bunlardan əlavə kontent də SEO-ya təsir edən başlıca amillərdəndir. Keyfiyyətli, unikal və saytınıza uyğun kontentə sahib olmaq həm axtarış sistemlərinin saytınızı yüksək qiymətləndirməsinə səbəb olacaq, həm də istifadəçilərin saytınızda daha çox zaman keçirməsini təmin edəcək. Buna görə də, saytda yerləşdirilən bloqları, vizualları, video və infoqrafikaları düzgün şəkildə seçməli və optimizasiya etməlisiniz. Şəkillərin ölçüsü və bloqlarda düzgün açar sözlərdən istifadə də burada vacib faktorlardan sayılır. SEO edərkən analiz alətlərindən də istifadə etmək lazımdır. Seoptimer.com seositecheckup.com seobility.net və bu kimi digər SEO analiz saytları vasitəsilə saytınızı analiz edə və hansı addımların atılması lazım olduğuna qərar verə bilərsiniz. SEO nə üçün önəmlidir? SEO-da məqsəd, hədəflədiyiniz axtarış sistemi üzərindən (Google və d.), hədəflənən açar söz ilə saytınıza ziyarətçi sayını artırmaqdır. Axtarış sistemlərindən saytınıza daha çox gələcək ziyarətçi sizi hər zaman sevindirəcək. Amma bununla işiniz bitməyəcək. Çünki sizə lazım olan hədəf kütləni təyin edib, nöqtə atışı etmək mütləqdir. SEO üçün hazırlanmış veb sayt digər saytlardan seçiləcək və axtarış nəticələrində görünməsini və müvafiq olaraq trafikini artıracaq. SEO işi daha təbii və qalıcı bir həll olduğu üçün sayt sahibləri tərəfindən seçilir. SEO edərkən açar sözlərin düzgün seçilməsi olduqca önəmli faktordur. Sektor üçün uyğun açar söz analizi, hədəf auditoriyaya uyğun yüksək axtarış həcminə malik sözlərə fokuslanaraq həyata keçirilir. Saytın məzmunu müəyyən edilmiş açar sözlərə uyğun optimallaşdırılır, URL strukturları yenilənir. Açar sözdən danışdıqsa, rəqiblər və yaranan rəqabət mühitindən də söz açmaq lazımdır. Rəqib analizinə uyğun olaraq sektorun rəqabət nisbəti araşdırılmalı və buna uyğun olaraq hədəflər müəyyən edilməlidir. SEO işində uğur və davamlılığa nail olmaq 3 aydan 12 aya qədər vaxt aparır. Bu uğura təsir edən amillərin başında: saytın tarixi, rəqibləri və rəqabət dərəcəsi və mövzusu. Nəticələr interaktiv işdə dərhal görünməyə başlayır. SEO üçün vacib məqamlardan biri də saytın mobilə uyğunluğudur. İnsanların əksəriyyəti daha rahat olsun deyə telefonla axtarışa üstünlük verirlər. Bu səbəbdən də saytın mobil versiyada rahat açıla bilməsi, istifadəçiyə problem yaratmamağı önəmlidir ki, istifadəçi də saytdan rahatlıqla istifadə edə bilsin. Son olaraq, rəqəmsal dünyada biznesinizin yer tutması və istifadəçilərə görünməsi vacib factor olduğu üçün SEO-ya önəm verməli, SEO üçün müəyyən olunmuş qaydalara riayət etməlisiniz.

        SEO nədir ?

      Sualların varsa müraciət et

      Suallarınız varsa, bizə yazın! Mütəxəssislərimiz sizinlə əlaqə saxlasın.

      Ətraflı məlumat üçün əlaqə saxlayın