Biznesiniz üçün ən yaxşı veb sayt dizaynı necə seçilməlidir?

Bloq

Bir veb sayt yaratmaq kiçik bizneslə məşğul şirkətlərin üstünlük verdiyi detallardan biridir. Veb saytınız sizin üçün ilin 365 günü 24/7 işləyən reklam işçisinə bənzəyir. Sözsüz ki, belə bir işçi hər şirkət üçün lazımdır. Sadəcə bir problemimiz var: Veb saytımızı necə yaradaq?

Veb sayt yaratmaq üçün bir neçə variantımız var. Hosatrex veb kimi sizə qısa zamanda güclü veb sayt hazırlayacaq texnologiyalardan istifadə edə bilərsiz. Və ya bir professional proqramçıdan kömək ala bilərsiz.


Ən yaxşı veb sayt yaratmaq üsulu nədir?

Hər şeydən öncə bir neçə vacib sualı dəqiqləşdirməliyik:
1. Veb saytımızı hansı məqsədlə qururuq?
2. Veb saytda hansı funksiyalara ehtiyacımız var?
3. Hansı resurslardan istifadə edə bilərik?

Veb saytımızı hansı məqsədlə qururuq?

Onlayn kimliyinizi yaratmaq və ya tanıtmaq istəyirsinizsə şəxsi veb sayt hazırlayaraq başlaya bilərsiz. Bu kimi veb saytların çox funksiyalı olmasına ehtiyac yoxdur. Kim olduğunuz, nə işlə məşğul olduğunuz, hansı xidmətləri təqdim etdiyiniz və əlaqə məlumatlarınız yetərli olacaqdır. Daima yeni iş təkliflərinə açıq profil yaratmaq üçün bacarıqlarınızı və portfolionuzu da yerləşdirə bilərsiz.

Biznesiniz üçün hazırlayacağınız veb saytın müxtəlif funksiyalara ehtiyacı var. Müştərilərinizin sizi axtarış sistemlərində tapmasına, məhsullarınızın və ya xidmətlərinizin tanıdılmasında və sizinlə əlaqə saxlamalarında veb saytınız əvəzedilmək köməkçiniz olacaq. Əgər məhsul satırıqsa içində onlayn mağaza olan veb saytlar satışlarınız artırmaqda sizə kömək olacaqdır.


Hansı funksiyalara ehtiyacımız var?

Veb saytınızın hansı xidməti təqdim etməyinizdən asılı olmayaraq bəzi funksiyalara ehtiyacı var. Veb saytınızı hazırlamamışdan qabaq hansı funksiyaların sizə lazım olduğunu dəqiqləşdirməlisiniz.

Əlavə olaraq, mail xidmətlərinə ehtiyacınız varmı?
Maillər şirkətinizin korporativ əlaqələrini və müştərilərinizi yeniliklərdən xəbərdar etməyiniz üçün vacibdir.

Veb saytınızda istifadəçilərin qeydiyyatdan keçmələrinə ehtiyacınız varmı?
Onlayn kurslar, mağazalar və ya blog saytları üçün istifadəçilərinizin qeydiyyatdan keçməsinə ehtiyac duyulur. Lakin, siz də daxil olmaq üzərə bir çox istifadəçi uzun və sıxıcı qeydiyyat formları doldurmaqdan qaçır.

Veb saytınızın əlavə xidmətlərlə əlaqədə olmasına ehtiyacınız varmı?
Bura Google Analytics kimi statistika göstəriciləri, Google Keyword kimi başqa analiz ximətləri və həmçinin, Live Chat kimi xidmətlər də daxil ola bilər

Saytınızda reklam yerləşdirməyinizə ehtiyac varmı?
Reklamlar veb sayt istifadəçilərinizdən əlavə olaraq sizə gəlir mənbəyi kimi düşünülə bilər. Google AdSense xidmətlərindən istifadə edərək saytınızda üçüncü tərəflərin reklamlarını paylaşa bilərsiz.

İstifadə edə biləcəyiniz resurslar nələrdir?
Veb saytınızın hansı funksiyalara sahib olacağını dəqiqləşdirdik. İndi isə saytınızın necə yaradılacağına baxaq. Öncəliklə, veb saytınızı kim hazırlayacaq? Özünüz bu işi görmək istəyirsinizsə Hostarex Web və 24/7 dəstək komandamız sizə kömək edə bilər.

Veb saytınızı kim idarə edəcək?

Veb sayt işləri heç bir zaman bitməz və özbaşına uzun müddət üst səviyyə xidmət göstərə bilməz. Məhsullarınız, xidmətləriniz və məlumatlarınız daima yenilənməlidir.

Büdcəniz nə qədərdir?
İşdən əvvəl büdcənizi gözdən keçirin. Büdcənizə uyğun ən yaxşı versiyanı araşdırın.

Veb saytınız nə qədər zaman içində hazır olmalıdır?

Veb saytınızı hansı yolla qurmağınız bu suala cavab tapmaqda sizə kömək edəcəkdir.

Bütün bu məlumatları dəqiqləşdirdikdən sonra işə başlamaq üçün daha hazırlıqlı olacaqsınız. Ehtiyacınız olan detalları bilmək, qarşınızdakı proqramçıya nə istədiyinizi düzgün çatdırmaq istədiyiniz məhsulu ən yüksək keyfiyyətdə və sürətli şəkildə əldə etməyinizə kömək edəcəkdir.

Template not found: /templates/bcp/blog-full-content.tplTemplate not found: /templates/bcp/blog-full-content.tplTemplate not found: /templates/bcp/blog-full-content.tpl