CTA (Call To Action) nədir ?

Rəqəmsal Marketinq

eye 562 baxış sayı
Call to action nedir

Call to Action nədir? Bəzən yolda olarkən “Buyurun, keçin, baxın”, "endirimli məhsulların sonu” və bu tip insanları cəlb edə biləcək hərəkətə çağırış cümlələrindən istifadə edirlər. Rəqəmsalda isə bu tip cümlələr özlərini CTA cümlələri ilə əvəz edir. Marketinq sahəsində CTA kimi də rastlaşdığımız terminlərdən biri olan Call-to-action özlüyündə birbaşa qarşı tərəfə təsir və manipulyasiya taktikalarını daşıyır. Azərbaycan dilindən tərcümədə isə “hərəkətə çağırış, fəaliyyətə çağırış” mənasını verir. Fəaliyyətə çağırış mətnləri rəqəmsal marketinqdə mühüm rol oynayır. Bununla belə, e-ticarətdə də fəaliyyətə çağırış mətnlərinə rast gəlinir. CTA sosial media reklamlarından SEO araşdırmalarına, e-ticarət saytının dizaynından bannerlərə qədər bir çox marketinq sahəsində istifadə olunur.



Bəs CTA-nın faydaları nələrdir?
CTA-nın istifadəsi biznesiniz üçün bir sıra faydalar təşkil edir. Bunların bəzilərini sizlər üçün sadalayırıq:
1. Fəaliyyətə çağırış hədəf auditoriyanızdakı insanlara istədiyiniz hərəkətləri etməyə imkan verir.
2. CTA ilə müəssisələr e-ticarət saytlarına daha çox trafik cəlb edir.
3. Həmçinin, CTA sayəsində şirkətlər öz müştəriləri ilə daha asan əlaqə yarada bilir və bu da müştəri məmnuniyyətinin artmasına səbəb olur.
4. CTA sayəsində şirkətlər öz saytlarını ziyarət edən istehlakçıları daha asanlıqla digər səhifələrə yönləndirir. Bu da istehlakçıların saytda daha tez hərəkət edə bilməsinə imkan yaradır.

CTA-dan istifadə edərkən diqqət edilməsi lazım olan nüanslar hansılardır?
Sosial mediada və ya reklamlarda CTA istifadə etmək istəyən şirkətlər həmin mətnləri professional şəkildə seçməyə diqqət etməlidirlər. Çünki, sosial mediada və ya hər hansı reklamda istifadə üçün seçilən yanlış CTA mətnləri insanları yanlış yönləndirə bilər. Bu səbəbdən CTA mətnləri seçərkən həmin mətnlərin məqsədə uyğun olduğundan və düzgün platformada istifadə edildiyindən əmin olmaq lazımdır.

Rəqəmsal platformalarda CTA istifadə edərkən diqqət edilməsi lazım olan məqamlar aşağıdakılardır:
1.
İstifadə olunacaq rəqəmsal platformaya qərar vermək olduqca önəmlidir. Çünki hər platforma üçün fərqli CTA istifadə edilməlidir.
2. CTA mətnlərini müəyyən edərkən hədəf kütləni nəzərə almaq lazımdır.
3. Hədəf kütləni analiz etdikdən sonra CTA mətnləri üçün hansı dili istifadə etdiyimizə qərar verməliyik. Gənc hədəf kütlə üçün səmimi dildən istifadə olunursa, daha yaşlı hədəf kütləyə xitab üçün bir qədər ciddi mətnlər istifadə olunmalıdır.
4. Sosial mediada hər hansı xidmət və ya məhsulla bağlı CTA yaradarkən əvvəlcə məhsul və ya xidmət haqqında məlumat verməli, daha sonra isə mətnləri müəyyən edib istifadə etmək lazımdır.

Ən çox istifadə olunan CTA nümunələrinə nəzər salaq:

İndi al! Qeydiyyatdan keç! İndi əldə et! Səbətə əlavə et! Mesaj göndər!
İndi sifariş et! və s.

Həmçinin, saytda CTA mətnlərindən istifadə edərkən yalnız mətnlərə diqqət etməli deyil, eyni zamanda, dizayna da nəzər yetirməli, dizaynın insanların diqqətini çəkən olmasına çalışmalısınız. Yuxarıda sadaladıqlarımızı nəzərə alaraq saytınızda və sosial media posterlərinizdə CTA mətnləri yarada və hədəflərinizə daha asanlıqla çata bilərsiniz.

Kateqoriyalar

Kateqoriyalar

Bu formu doldurun və

biz sizə geri

dönəcəyik

təklif al