UI/UX dizayn nədir?

UI/UX dizayn

Şəxsi biznesinizi, məlumatlarınızı və ya məhsulunuzu daha çox istifadəçiyə çatdırmaq üçün istifadəçi profilinizi təyin etmək, xidmətlərinizi insanların rahat anlayacağı tərzdə təqdim etmək lazımdır. Hazırlanan dizaynlarda mətn ölçülərindən rəng psixologiyalarına qədər hər bir nüans düzgün təqdimatın əsas hissəsini təşkil edir.

UI/UX dizayn sizə nə vəd edir?

Yaxşı dizayn edilmiş veb səhifə məhsulunuzun taleyini həll edə bilər. İstifadəçi interfeysinin dizaynı veb saytınızın diqqət çəkməsi və rəqabətdə üstün olması üçün əsas vasitədir. UI və UX istehlakçının ehtiyaclarını ödəməyə çalışması baxımından vacibdir. Bunun məqsədi məhsulu və ya şirkəti istehlakçılara sadiq saxlayan qarşılıqlı əlaqələri inkişaf etdirməkdir